Ancelina Coli ölüm ayağında - Çəkisi 34 kiloya düşdü

23 Dekabr 2016 11:44 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq yaxınları çəkisi 34 kq-a düşən Ancelina Colinin səhhətiylə bağlı çox narahatdırlar.

"Enci emosiyaları ilə bacara bilmir. O narahatlıqdan qorxunc dərəcədə arıqlayıb. Onun əlləri o qədər nazikdir ki, sümükləri görünür. Onlar sanki diş çöpləridir" -deyə aktrisanın yaxınları "Radar Online"a bildirib.

Ancelina üçün mütəxəssislər də narahat olurlar.

"O, həddi keçib. Onun sağlamlığı təhlükə altındadır. O, həyat və ölüm arasında qalıb"
-deyə Nyu-York terapevti, həkim Stüart Fişer bildirib.



Aydan