Moskvada ata və oğul diri-diri yandırıldı - Ata öldü

23 Dekabr 2016 12:41 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 15 dekabr tarixində Moskvanın Sosenskoye qəsəbəsində yeyib içdikdən sonra dörd nəfər arasında mübahisə yaşanıb. Nəticədə mübahisə edənlərdən biri digər üçünün üzərinə alışqan maye tökərək onlara od vurub. 27 və 48 yaşlarında olan azərbaycanlı ata və oğul, 27 yaşlı bir nəfər yerli sakin bədənlərinin 50-60% yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Onlardan biri 48 yaşlı azərbaycanlı bir neçə gün sonra dünyasını dəyişib.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.