“Ləyaqətlə məğlub olmağı bacarmaq lazımdır”- Putindən ABŞ-a mesaj

23 Dekabr 2016 14:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidenti Vladimr Putin ənənəvi illik mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, ABŞ-da Prezident seçkilərində məğlub olan demokratlar bunun səbəbini öz içərilərində axtarmalıdırlar. Putinin sözlərinə görə, Rusiya ABŞ-ın nüvə silahı ilə bağlı çağırışına cavab verəcək, amma bütün razılaşmalar çərçivəsində.

ABŞ-da Donald Trampın prezident seçilməsinə münasibət bildirən Vladimr Putin deyib:

"Onun qələbəsinə heç kim inanmırdı, bizdən başqa."