Hava niyə istidir?-CAVAB

21 Yanvar 2013 12:10 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 13-18, rayonlarda isə 15-20 dərəcə isti olacaq.

Belə hava şəraitinin müşahidə edilməsinin səbəbi ölkə ərazisində cənubdan nisbətən isti hava cərəyanının daxil olmasıdır.
Departamentdən bildirilib ki, ölkə ərazisində belə hava şəraiti 2-3 gün davam edəcək. Yaxın günlərdə gündüz saatlarında gözlənilən temperatur yanvar ayına xas deyil.
Qeyd edək ki, son bri neçə gün ərzində Bakıda və Abşeron yarımadasında mülayim hava şəariti müşahidə edilir. Bakıda mövcud olan temperatur çoxillik iqlim normasından yüksək hesab olunur.

Aznews.az