Sərnişin təyyarəsi qaçırıldı – Göyərtəsində 118 nəfər var (Yenilənib)

23 Dekabr 2016 16:35 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, A320 təyyarəsini 2 nəfər qaçırıb. Onlar "Əl Fətih Əl-Cədid" qruplaşmasına aiddir və Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın həbsdən azad edilməsini tələb edirlər.

***
15:47


Göyərtəsində 118 nəfərin olduğu Liviya hava yollarına məxsus Airbus A320 sərnişin təyyarəsi qaçırılıb.

AzNews.az xəbər verir ki, qaçırılan təyyarə göyərtəsində 118 nəfərin olduğu Afriqiyah Airways hava yollarına məxsus sənişin təyyarəsini qaçıraraq Malta da endiriblər.

Yerli KİV-in yaydığı məlumata görə, təyyarəni qaçıranlar onu partlatmaqla hədələyirlər. Hələ ki, terrorçuların tələbləri bilinmir.