Lerikdə avtomobil piyadanı vurdu

23 Dekabr 2016 16:47 (UTC+04:00)

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Piran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi "VAZ-2106" markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bəıdən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya xəstənin vəziyyəti normaldır".

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

AzNews.az