Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir - Fotolar

23 Dekabr 2016 18:04 (UTC+04:00)

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə "S-125" zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.

Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.