Ön pəncələri olmayan pişik sosial şəbəkələrin ulduzu oldu - Video - Fotolar
23 Dekabr 2016 22:33 (UTC+04:00)
AzNews.az xarici KİV-ə xəbər verir ki, pişik Bankokda yaşayır, 5 yaşı var. Tamamilə sağlam doğulan Eybl bədbəxt hadisə nəticəsində ön pəncələrini və quyğunu itirib.

Pişik quşları qovalayarkən ağaca çıxıb, təsadüfən elektrikötürmə xəttinə toxunub. Bu səbəbdən, ciddi yanıq xəsarətləri alıb.
Hazırda yalnız arxa pəncələri ilə gəzən pişik kenqurunu xatırladır. Ağır travmaya baxmayaraq pişik öz aktivliyini itirmir. Çox rahatlıqla pilləkənlərdən enir, sahibiylə oynayır.