Malayziyada sərnişin avtobusu qəzaya uğrayıb - 13 ölü, 17 yaralı

24 Dekabr 2016 09:15 (UTC+04:00)

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Xəbərdə deyilir ki, avtobus Kuala-Lumpur şəhərindən Djoxor-Baru şəhərinə yollanırdı. Hadisə yerinə 25 yanğınsöndürən cəlb olunub.

Qəzanın səbəbi araşdırılır. İlkin məlumata görə, yol yaxşı vəziyətdə idi, qəzanın baş verdiyi anda yağış yağmırdı.