Burakdan Fahriyeyə 90 minlik evlilik təklifi - FOTO

24 Dekabr 2016 10:57 (UTC+04:00)

Gecəyə Burak Özçivitin üç ildir birlikdə olduğu Evcenə etdiyi romantik evlilik təklifi damğa vurub.

Milli.Az "Habertürk"ə istinadla bildirir ki, doğum günü mərasiminə qatılan 30 nəfərin arasında cütlüyün yaxın dostları Murat Boz və Aslı Enver də olub.

Burak cibindən çıxardığı 90 min TL-lik (təxminən 45 min manat) üzüyü Fahriyeyə uzadıb: "Mənimlə evlənərsən?" - soruşub. Aktyorun təklifi qarşısında Evcen özünü itirib.

O, təklifə: "Sonsuzadək hə!" - deyə qışqırıb, sonra da sevgilisini qucaqlayıb.