İki yaşlı körpə yanaraq öldü - Azərbaycanda

24 Dekabr 2016 11:27 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.