Gülər Əhmədovanın qardaşı ikinci dəfə evləndi

21 Yanvar 2013 12:50 (UTC+04:00)



ANS-in məşhur teleaparıcısı İlqar Mikayıloğlu ikinci dəfə ailə həyatı qurub. "Qafqazinfo"nun məlumatına görə, İlqar yeni həyat yoldaşı ilə ANS-də tanış olub. Belə ki, aparıcının xanımı ANS-də yayımlanan "Hökm" verilişində hakim rolunda çıxış edən vəkil Zülfiyyə Babayevadır.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda İlqar Mikayıloğlunun evinin yanması ilə bağlı xəbər yayılsa da, daha sonra teleaparıcı bu faktı inkar edərək "Mən Yasamal uşağıyam. Evim də İnşaatçılar metrosunun yaxınlığındadır" demişdi. Əslində həmin ev İlqarın yeni xanımı Zülfiyyə Babayevaya məxsudur.

Qeyd edək ki, Zülfiyyə Babayeva həmçinin İlqar Mikayıloğlunun bacısı eks-millət vəkili Gülər Əhmədovanın vəkilidir.

AzNews.az