Bakı sakininə qarşı dələduzluq - 43 min manatlıq

24 Dekabr 2016 17:13 (UTC+04:00)

"Report"un xəbərinə görə, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Yaqubov İmran Əli oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2016-cı ilin avqust ayında Rüfət adlı şəxs onu aldadaraq 43 000 manat pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

AzNews.az