“Səfirin qatili ilə bağlı çox önəmli məlumat aldıq” - Süleyman Soylu

24 Dekabr 2016 18:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Siirt şəhərində çıxışı zamanı deyib. Nazir bildirib ki, istintaq hərtərəfli istiqamətdə aparılır:

"Rusiya Federasiyasının göndərdiyi mütəxəssislərlə birgə müstəntiqlərimiz, prokurorlarımız dəqiqliklə araşdırma aparır. Xüsusi vurğulamaq istəyirəm ki, əməkdaşlıq güclü şəkildə həyata keçirilir. Məsələ ilə bağlı detalları şəkildə açıqlama verməyim nəticəyə çatmaq üçün düzgün olmaz. Amma, onu deyə bilərəm ki, qatilin bütün xarici əlaqələri araşdırılır".