Dərsdənkənar məşğələlər ləğv edilir - “Proqram yarımçıq qalacaq, maaş azalacaq”

24 Dekabr 2016 22:11 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev ilin yarısından tədris planında dəyişiklik edilməsini düzgün saymadığını deyir. Bildirir ki, bu həm də müəllimlərin dərs saatının azalması deməkdir və maaşlara təsir edəcək.

Ekspert bildirir ki, sözügedən kurs, adından da göründüyü kimi, şagirdlərə hansısa fənni yox, ümumilikdə hər sahəyə aid bilikləri öyrədir. Belə bir kursun ləğvi də düzgün deyil.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildirdilər ki, dəyişikliyin məqsədi məktəblərdə təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.

AzNews.az