Rusiyada qəzaya uğrayan təyyarədə Birinci Kanalın və NTV-nin jurnalistləri də olub

25 Dekabr 2016 12:49 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Soçidən havaya qalxdıqdan sonra Qara dəniz üzərində qəzaya uğrayan "Tu-154" təyyarəsinin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları, heyət üzvləri olub.