“Abbas Abbasov prezidentliyə yeganə namizəddir”

21 Yanvar 2013 12:50 (UTC+04:00)

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"-un növbəti qurultayının vaxtı müəyyən olunub.

Bu barədə APA-nın Moskva müxbirinə "AzərRos"un prezidenti Söyün Sadıqov məlumat verib. O, qurultayın yanvarın 25-də Moskvanın "Prezident" otelində keçiriləcəyini söyləyib.

S. Sadıqov "AzərRoss" prezidentliyinə Abbas Abbasovun namizədliyini irəli sürdüklərini söyləyib: "Hələlik yeganə namizəd Abbas Abbasovdur. Qurultayda "AzərRoss"-un Rəyasət Heyəti və prezidenti seçiləcək. Qurultayda təşkilatın Nizamnaməsinə dəyişiklik edilməsi də gözlənilir".

AzNews.az