Mübariz Mənsimov istəyinə çatdı

25 Dekabr 2016 16:58 (UTC+04:00)

Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənsimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, Türkiyənin "Hüriyyet" qəzetinin "Mübariz Mənsimov eski CEO" un peşini bırakmıyor" manşetli yazısında verilən məlumata görə, "Palmali" şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib.

Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, azərbaycanlı iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.

Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, "Palmali"dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub.

Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək.

AzNews.az