Tramp prezident kimi ilk təbrikini etdi

25 Dekabr 2016 19:04 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində amerikalıları qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.

D. Trampın təbriki bir cümlədən ibarətdir.

Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi olmuş D. Tramp noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanıb. Andiçmə mərasimi 20 yanvar 2017-ci ildə Vaşinqtonda keçiriləcək.

AzNews.az