“Yaralama” mahnısının müəllifi niyə sürgün olunub?

21 Yanvar 2013 13:11 (UTC+04:00)


Bir müddət bundan öncə AzNews.az-da "Yaralama" mahnısı ətrafında baş verən qalmaqalla bağlı yazı dərc olunmuşdu. Həmin qalmaqalda müğənni Tacir Şahmaroğlu sözügedən mahnının Şərafət Dağıstanliya deyil, İskəndər Novruzluya aid olduğunu açıqlamışdı.

Bundan sonar AzNews.az "Yaralama"nın ikinci müəllifi sayılan İ.Novruzlunun axtarışına çıxmışdı. Əslən Ağdamın Abdalgülablı kəndindən olan şair Abdal Qəhrəman İ.Novruzlu geniş yaradıcılığa malik olmasını bildirdi: "İskəndər Novruzlu Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Orada yaşayıb – yaradıb. O, siyası məsələlərə görə, Aşqabada sürgün olun. Sənət adamlarına o dövürdə də təzyiqlər vardı. İsgəndərin sürgün həyatı illərində Aşqabadda bir ailəsi vardı. Zəlzələdə Aşqabad batanda onun ailəsi məhv oldu. Sürgün başa çatandan sonra o, Azərbaycana qayıtdı. Səməd Vürğun, şair Məzahir onunla oturub-duran adam idi. Onun yaradıcılığı genişdir. İsgəndər "Ağdam", "Qarabağın maralı", "Yaralama" kimi bir çox mahnıların müəllifidir. "Yaralama" mahnısının isə bəstəkarı sağdır. Əslən Gəncədən olan bəstəkar Ağdamda musiqi texnikumunda işləyirdi. Onun mahnılarının misli-bərabəri yoxdur. O dövürdə bəzi qadağalara görə, mahnı müəllifləri adlarını məlum səbəblərdən dizli saxlayırdılar".

Mahir Hüseynbəylinin AzNews-az-a təqdim etdiyi videogörüntüdə isə İ.Novruzlunun sürgün həyatının səbəbləri açıqlanıb. Videonu sizə təqdim edirik.




Bahar Rüstəmli
Mahir Hüseynbəyli
AzNews-az