Ermənilər Bakıya gəlir

21 Yanvar 2013 13:18 (UTC+04:00)

Ermənistanlı nümayəndə Beynəlxalq Şahmat Federasiyasının fəxri vitse-prezidenti Vanik Zaxaryan Bakıya yoxlama səfərinə gələcək.

ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə FİDE prezidenti Kirsan İlyumjinov Ermənistanda keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistan nümayəndə heyətinin bir qrup üzvü əvvəlcə Bakıda keçirilən çempionatda iştirak etməməyi təklif etsələr də, səsvermə nəticəsində iştirak təsdiqlənib.

FİDE prezidenti bildirib ki, onlar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1999-cu ildən tanınan bir qrumu təmsil edirlər və əgər Azərbaycan səsvermədən çıxarılsa onda bəzi problemlərlə üzləşə bilərlər.

AzNews.az