105 saylı avtobus qadını vuraraq öldürdü

26 Dekabr 2016 09:50 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qizi yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

AzNews.az