Səhiyyə Nazirliyi qiymət islahatına başladı

21 Yanvar 2013 13:22 (UTC+04:00)
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, hazırda eyni dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərə satılır. Dərman vasitələri üçün vahid qiymətin tətbiqi məqsədilə artıq Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə müzakirələr aparmağa başlayıb.

"Hazırda müxtəlif apteklərdə eyni dərmanların qiymətləri müxtəlifdir. Bu gün Səhiyyə Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi ilə birgə apardığı iş ondan ibarətdir ki, gələcəkdə dərman vasitələrinə vahid qiymət qoyulsun və müxtəlif ünvanlarda satılan eyni dərmanın qiyməti eyni olsun. Yəqin ki, yaxın zamanlarda Azərbaycanda da bunun tətbiqinə start veriləcək", - nazirlikdən əlavə edilib.

SN-dən deyilib ki, vahid qiymət siyasəti tətbiq edildikdə Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reseytrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.

Qeyd edək ki, hazırda İranda da bütün apteklərdə dərmanlar üçün vahid qiymət tətbiq edilir. Bu qiymətlər ölkənin Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur.