“Metropark”da bədbəxt hadisə - 6 yaşlı qızın barmağı qopdu

26 Dekabr 2016 10:46 (UTC+04:00)

Nərimanov Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az