“Bir boşluqdayam indi....” – Sənətçilərin ürəkyanğısı

26 Dekabr 2016 10:56 (UTC+04:00)

AzNews.az sənətçilərin mərhumla bağlı fikirlərini tədqim edir:

Xalq artisti Səkinə İsmayılova: "Çox ağır və üzücü xəbər. Bu, hər bir muğamsevəri kədərləndirdi. Zəmanəmizin böyük xanəndələridən biri, şəxsiyyəti, sənəti ilə eyni zirvədə olan, xalqın rəğbətini qazanan Ağaxan Abdullayev haqqın rəhmətinə qovuşdu. Adı muğam tarixinə gözəl həriflərlə yazılan ustad xanəndə hər zaman qəlbimizdə yaşayacaq."

Əməkdar artist Gülüstan Əliyeva: "O gün bu gün olaydı, ruhun şad olsun böyük sənətkar."

Əməkdar artist Elnarə Abdullayeva: "Allah rəhmət eləsin, məkanı cənnət olsun."

Babək Niftəliyev: "Allah rəhmət eləsin. Böyük sənətkarımız Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi, ailəsinə səbr diləyirik."

Əməkdar artist Lalə Məmmədova: "İndicə aldığım xəbərdən çox üzgünəm. Ustadım, müəlimin, doğmam, böyüyüm, sənətini şahı yerin cənnət olsun, ruhun şad olsun. Göstərdiyiniz yol, verdiyiniz məsləhətlər, keçdiyiniz muğam dərsləri məktəbim oldu, adınızı həmişə müəllimim deyə ucadan soylədim, qürür duydum. Ən məsuliyyətli çıxışlarımda məni tək qoymadınız, həmişə yanımda oldunuz. Siz mənim müəllimim oldunuz, taleye baxın ki, mən də oğlunuzun müəllimi oldum. Bir boşluqdayam indi....Zaman lazım özümü toparlayıb bu itkiylə barışmağım üçün. Allah rəhmət eləsin."

Müğənni Xatirə İslam: "Böyük sənətkarımız,Ağaxan Abdullayev, Allah sizə rəhmət eləsin. Böyük insan, böyük sənətkar idi. Çox heyif. İnsan sənətkarı ola bilər. Əsas odur ki, böyük şəxsiyyət olsun."

Müğənni Sevda Ələkbərzadə: "Böyük sənətkarımız, ustad, sənətindən də böyük olan bir insan dünyasını dəyişdi. Yeri cənnət olsun. 2016-cı il. İnşallah onun qədər ağır bir il həyatımızda daha olmayacaq."

Aşıq Samirə: "Dahi və əvəzolunmaz sənətkarımız Ağaxan Abdullayev bizi tərk elədi. Allah rəhmət eləsin."

Xalq artisti, görkəmli muğam ifaçısı Ağaxan Abdullayev 66 yaşında düynasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az