Ramil Usubov “İşgəncə kralına” yüksək vəzifə verdi

21 Yanvar 2013 13:57 (UTC+04:00)
Avropa.info xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Süleyman Nemətov Sumqayıt Şəhər Polis İdarəsi rəisinin xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib. Qeyd edək ki, Süleyman Nemətov bu postda rəis müavini, polkovnik-leytenant Həsən Əsədovu əvəz edib. Xatırladaq ki, Süleyman Nemətov mitinqlərdə xüsusi fəallığı ilə seçilib. Mitinqçilər ona "Çakır", eyni zamanda "İşgəncə kralı" adı veriblər.