Məhkəmə «Binə» aksiyasında saxlananlara hökm oxudu

21 Yanvar 2013 15:06 (UTC+04:00)



Yanvarın 21-də Səbail rayon məhkəməsində "Binə" Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanan 10 nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.Bu haqda ittiham olunanlardan biri – Elnur Vəliyevin vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bu günkü məhkəməni biabırçılıq adlandırıb: "Söhbət həbs-qəti imkan tədbirindən getmir. Həbs-qəti imkan tədbiri cinayət etmiş şəxs haqda seçilməlidir. Müdafiə etdiyim Elnur Vəliyevin hadisəyə aidiyyatı olub-olmaması müəyyən olunmayıb. O, deyir ki, mən, dönər almağa çıxmışdım, tutdular gətirdilər. Ancaq barəsində həbs-qəti imkan tədbiri seçilib. Dedim ki, sübut təqdim edin. Deyirlər ki, lazım gəlsə, təqdim edərik".

Saxlananlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

AzNews.az