Məşhur hakerlər Azərbaycanın dövlət sənədlərini ələ keçirib

21 Yanvar 2013 15:35 (UTC+04:00)



Hakerlər Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən oğurladıqları 1.7 Gb-dan çox sənədləri nəşr ediblər. Modern.az saytının məlumatına görə, bu barədə "Fars" Xəbər Agentliyi, "Russia Today" xəbər yayıb.

Xarici KİV-lərin verdiyi məlumatına görə, sənədlər məşhur "Anonymous" kəşfiyyat qurumuna məxsus par - anoia.net saytında yerləşdirilib. Oğurlanmış "qovluğa" neftqazma texnologiyalarının detalları, məlumatlar, pasport surətləri, akkreditivlər, məxfi səhmdar sənədləri daxildir.

Məlumata görə, oğurlanan "qovluqda" həmçinin, BNP Paribas, Sumato Energy-ə aid sənədlər də var.

AzNews.az