Rüstəm İbrahimbəyov Azərbaycanı tərk etdi

21 Yanvar 2013 16:09 (UTC+04:00)


Azərbaycan Ziyalılar Forumunun sədri, dramaturq Rüstəm İbrahimbəyov bu gün Rusiya, Fransa və ABŞ-a turneyə yola düşür. O, bir sıra forumlarda və görüşlərdə iştirak edəcək, fevralın ortalarında Azərbaycana qayıtmağı planlaşdırır.

Məlum olduğu kimi, İbrahimbəyovun fəal vətəndaş mövqeyinə və ictimai fəaliyyətinə görə hakimiyyət ona qarşı ləkəyaxma kampaniyasına başlayıb. Dünən dramaturq Azərbaycanda bu ilin oktyabrında keçiriləcək azad prezident seçkiləri uğrunda hərəkat yaratmaq planını açıqlayıb.