Ded Xasanı öldürən silahla bağlı araşdıma başladı

21 Yanvar 2013 16:49 (UTC+04:00)

Ded Xasanın qatili və onun istifadə etdiyi silah Tacikistandan gələ bilər. Rusiya mətbuatının yazdığına görə, hüquq-mühafizə orqanları bu versiyanı istisna etmir. Hazırda "qanuni oğru"nun öldürülməsində istifadə edilən "VAL" səssiz avtomatının Tacikistanda Rusiyaya məxsus 201 saylı hərbi bazadan oğurlanması versiyası araşdırılır.

Bəzi məlumatlara görə isə, killerin özünün də hazırda Tacikistanda yaşayan keçmiş hərbi qulluqçu olma ehtimalı yüksəkdir. Hadisədən sonra o, dərhal Moskavanı tərk edib.

Hadisə baş verən gün Düşənbəyə gedən təyyarə, avtobus və qatarların sərnişinlərinin şəxsiyyəti müəyyənləşdirilir. Həmçinin tacik kriminal klanları ilə əlaqəsinin olduğu bildirilən azərbaycanlıların da işi araşdırılır.

Elnarə Əlosmanqızı
AzNews.az