Nazirlər Kabinetindən 20 manatlıq müjdə

21 Yanvar 2013 17:24 (UTC+04:00)


Sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə verilən pul kompensasiyasının məbləği müəyyən edilib. Nazirlər Kabineti bu məqsədlə sosial işçiyə ayda 20 manat kompensasiyası verilməsi barədə qərarı təsdiqləyib.

Yeni qərarla "Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin xidməti vəzifəsini yerinə yetirərkən xüsusi geyim və avadanlıqla təmin olunmaq və ya bunları əldə etmək və nəqliyyat xərcləri üçün pul kompensasiyası almaq Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2003-cü il tarixli qərarını ləğv edilib.