Cəmil Həsənlidən “İbrahimbəyov açıqlaması”

21 Yanvar 2013 17:30 (UTC+04:00)
Azərbaycan Ziyalılar Forumunun sədri, dramaturq Rüstəm İbrahimbəyov bu gün Rusiyaya gedib. Xəbər portallarının verdiyi məlumatlara görə, İbrahimbəyov Rusiyadan sonra Fransa və ABŞ-a gedəcək.

Səfərlə bağlı AzNews.az-ın sualını cavablandıran Ziyalılar Forumunun idarə heyətinin üzvü Cəmil Həsənli deyib ki, o, yalnız R.İbrahimbəyovun Rusiyaya getdiyini bilir. Bu da İbrahimbəyovun işi ilə bağlıdır: "Rüstəm müəllim həm Rusiyada, həm də Azərbaycanda işləyir. Digər ölkələrə səfərlərə gəlincə, onlar barədə mən məlumatlı deyiləm. Bilirəm ki, bu gün o, Rusiyaya gedib".

Gültəkin
AzNews.az