Aydan Şenerin kamera arxası görüntüləri – FOTOSESSİYA

22 Yanvar 2013 09:05 (UTC+04:00)

Hazırda Bakıda olan Türkiyənin tanınmış aktrisası Aydan Şener rejissor Şahin Zəkizadənin çəkəcəyi 20 seriyalı filmin çəkilişlərində iştirak edib. AzNews.az-ın məlumatına görə, ATV-də yayımlanan "Həkimlər" serialında rol alan aktrisanın tərəf-müqabili Ş.Zəkizadə olub.

Serialda A.Şener Almaniyadan gələn türkiyəli beyin cərrahının obrazını canlandırıb.

AzNews.az serialın kamera arxası görüntülərini təqdim edirik.

Fuad Mədətov
AzNews.az