Yevlaxda ağır qəza

22 Yanvar 2013 09:49 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb. 4 nəfər sərnişini, o cümlədən, 1 nəfər azyaşlı xəsarət alaraq xəstəxanaya aparılıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:15-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Elnarə
AzNews.az