Bakıda qadını küçədə döydülər

22 Yanvar 2013 09:59 (UTC+04:00)

Bu gecə Bakının Qaradağ rayonu Sahil qəsəbəsində 36 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb. Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən verilən məlumata görə, 1977-ci il təvəllüdlü Yeganə Şirinova möhkəm döyülüb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun üz sümüyü və burnunda sınıqlar olub. Qadının kim tərəfindən döyülməsi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.