Beynəlxalq təşkilat Eynulla Fətullayevi hökumətə işləməkdə suçladı

22 Yanvar 2013 10:27 (UTC+04:00)



Amnesty International insan haqları təşkilatı azərbaycanlı jurnalist Eynulla Fətullayevlə əməkdaşlığa son qoyması barədə bəyanat dərc edib. Təşkilat hesab edir ki, Fətullayevin Almaniya haqqında layihəsi Azərbaycanın insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün Azərbaycan höküməti tərəfindən istifadə edilir:

"Eynulla Fətullayev Amnesty işçilərini və onun layihəsinə cəlb olunmuş digər şəxsləri qəsdən aldatmağa cəhd göstərib. O bizə dedi ki, layihəsini Qara Dəniz Fondu maliyyələşdirir, əslində isə belə deyilmiş. Ondan soruşanda maliyyə mənbəyini bizə demədi, ona görə də, onun hökumət tərəfindən olub-olmadığını dəqiq deyə bilmərik", Amnesty-nin Qafqaz və Ukrayna üzrə kampaniyaçısı Max Tucker BBC Azərbaycancaya deyib.

Xatırladaq ki, Eynulla Fətullayev həbsdə olarkən 2009c-u ildə Amnesty International ona mükafat vermişdi.

Orxan
AzNews.az