Peykimiz fevralın 7-si buraxılacaq

22 Yanvar 2013 11:33 (UTC+04:00)

Bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, Ariane 5 ECA raketdaşıyıcısının bazasında orbitə buraxılacaq Azərbaycanın Azerspace/Africasat-1 peyki artıq Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromuna aparılıb.

Peykin buraxılışı fevralın 7-nə nəzərdə tutulub.
Habelə, Nəbiyevin sözlərinə görə, gələn həftənin ortalarınadək əsas Peyk İdarəetmə Mərkəzi tam texniki hazırlıq vəziyyətinə gətiriləcək.
Mərkəz Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşir.
Bu istiqamətdə ASC-nin həyata keçirdiyi işlər çərçivəsində habelə Naxçıvan Muxtar Respublikasında (Culfa rayonunun Nəhəcir kəndi) yerləşən ehtiyat Reyk İdarəetmə Mərkəzinin tikinti-quraşdırma işləri də başa çatdırılıb.

AzNews.az