Rep ifaçısı Aygün Kazımovanı ələ saldı – FOTO

22 Yanvar 2013 11:42 (UTC+04:00)


Rep ifaçısı və bir çox hit mahnıların müəllifi Cavid Şahbazbəyov (ləqəbi Toni) xalq artisti Aygün Kazımovanın məşhur rep ifaçısı Snoop Doog ilə duetinə və bir ay müddətində Qarabağ döyüşlərində iştirak etməsinə kinayəli yanaşıb.

AzNews.az-ın məlumatına görə, bu barədə Toni "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazdığı şərhdə qeyd edib: "Sabahınız xeyir! Aygün Kazımova yaxşı atıcıdır, bir ay da döyüşüb. Hətta indi mən Snoop Doog üçün qorxuram ki, onu batırar".

Qeyd edək ki, A.Kazımova xarici televiziyaların birinə verdiyi müsahibəsində bildirib ki, işğal altında olan Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə təxminən 1 ay iştirak edib.

Fuad Mədətov
AzNews.az