“McDonald`s”ın “halal oyunu” 700 min dollara başa gəldi

22 Yanvar 2013 11:45 (UTC+04:00)




Bu məbləğin ödənilməsinə şirkətin alıcılara ərzaqlar haqqında yalan məlumat verməsi səbəb olub. Belə ki, Amerikadakı müsəlman icmasını üzvü, Miçiqan sakini Əhməd Əhməd məhkəməyə müraciət edərək şirkəti məhsullarının halal olması barədə yalan informasiya verməkdə ittiham edib.

İddia əsasında şirkət 700 min dollar cərimələnib. Bu vəsait Amerikadakı Ərəb Milli Muzeyi və Deytroyt xəstəxanası arasında bölünəcək.

Xatırladaq ki, bundan əvvəl "McDonald`s" vegeterianlar üçün olduğu bildirilən yeməyin tərkibində qoyun piyindən istifadə etdiyinə görə 10 milyon dollar cərimələnmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az