Eldar Namazov: “Get, böyüyün gəlsin”

22 Yanvar 2013 12:09 (UTC+04:00)

"Uşaqlıqdan gördüyüm odur ki, kimsə öz imkanlarına uyğun olmayan çıxışlar edirdisə, yersiz xoruldamağa başlayırdırsa, adətən bizdə cavab çox qısa olardı:"Get böyüyün gəlsin"- deyərdik".

Bunu AzNews.az-a Azərbaycan Ziyalılar Forumunun idarə heyətinin üzvü Eldar Namazov YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının fikirlərini şərh edərkən deyib. Verdiyi mesajın mahiyyətinin cəmiyyət tərəfindən düzgün başa düşüləcəyinə əmin olan E.Namazov hesab edir ki, uzun illərdir barəsində əks təbliğat aparanlar kimin barəsində nə dediklərinin fərqində olmalı idilər: "Artıq neçə illərdir, mənə qarşı dayanmadan təbliğat aparılır və proses bu gün də davam etdirilir. Son aylarda da mənim əleyhimə onlar öz qəzetlərində palaz-palaz yazılar çap edirlər. Ona görə də burda heç bir sivil mübarizədən, diskusiyadan söhbət gedə bilməz".

E.Namazov qeyd edib ki, hakim partiya təmsilçiləri opponentlərinə qarşı münasibət bildirəndə xalqın rəyini də nəzərə almalıdırlar: "Digər tərəfdən isə biz öz qərarlarımızı verəndə yəqin ki, Azərbaycan xalqının ictimai maraqlarını, dəyərli həmkarlarımızın möqeyini də nəzərə alırıq. Ona görə də kimlərinsə, xüsusilə də YAP funksionerlənin bu məsələlərdə kənardan müdaxilə etməsi, məsləhət verməsi, "xox" gəlməsi çox yersiz görünür. Bu mənada mən onlara məsləhət görərdim bu məsələlərdə sussunlar, böyükləri gəlsin sözlərini desin".

Gültəkin
AzNews.a