Dünyanın ən varlı siyasətçiləri- SİYAHI

22 Yanvar 2013 12:19 (UTC+04:00)

"The New York Times" qəzeti maraqlı bir araşdırma aparıb.
Araşdırma nəticəsində bəlli olub ki, dünyanın varlı siyasətçiləri Rusiya və Amerikadandır. Belə ki, ən varlı siyasətçi Maykl Blumberq seçilib.
Onun sərvəti 22 milyard dollar təşkil edir. Blumberq 2002-ci ildən Nyu-York-un meri vəzifəsində çalışır.

İkinci yer Мixail Proxorova düşüb.
Onun sərvəti 13,2 milyard dollar təşkil edir."Qrajdanskaya platforma" partiyasının lideridir

Üçüncülük Bidzina İvanişviliyə aiddir.
Onun sərvəti 6,4 milyarda bərabərdir. Hazırda Gürcüstan Respublikasının baş naziridir.

Siyahının dördüncü varlı nümayəndəsi Silvio Berluskoni seçilib. Onun sərvəti 5,9 milyard dollar təşkil edir.

Beşinci yerdə isə Henri Ross Pero-st yer alıb.
Onun sərvəti 3,5 milyard dollara bərabərdir.

Aynur
AzNews.az