Azərbaycanda nağdsız ödənişlər vergidən azad ediləcək

22 Yanvar 2013 12:22 (UTC+04:00)


Azərbaycan Vergilər Nazirliyi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılması üzrə geniş tədbirlər planı hazırlayır. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, ölkə başçısının tapşırığı ilə hazırlanan bu tədbirlər planının layihəsi fevral ayının sonuna kimi hazır olacaq.

Planda nağdsız ödənişlərin stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılmasına dair bir sıra mühüm yeniliklər və konkret addımlar əksini tapacaq. Belə ki, bir sıra sahələrdə nağdsız ödənişlərin vergidən tam azad edilməsi, nağd hesablaşmalarda limitlərin tətbiq edilməsi, əhalini nağdsız hesablaşmalara həvəsləndirilməsi üçün bonus sistemlərinin tətbiqi nəzərdə tutulur.