Zorakılıq edənlər tutuldu

22 Yanvar 2013 13:43 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kəmalə İsgəndərova ötən il Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə şikayət edib.

K.İsgəndərova ərizəsində göstərib ki, 2012-ci ilin dekabr ayının 20-də 3 naməlum şəxs ona qarşı zor tətbiq edərək, içərisində 73 manat pul, 2 ədəd mobil telefon və digər əşyaları olan çantasını alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bərdə rayon sakinləri Əlvan Quliyev, Ruslan Məmmədov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Dostuyev tutulub.

Aznews.az