Ziya Məmmədovun bankı satıldı

22 Yanvar 2013 13:57 (UTC+04:00)


Azərbaycanın ən iri holdinqlərindən olan ZQAN Holdinq "Bank of Azerbaijan"ın səhm kapitalındakı payının satışını başa çatdırır.

Bu barədə "Trend"ə holdinqin idarə heyətinin sədri Vaqif Həsənov məlumat verib.

Onun sözlərinə görə, "Bank of Azerbaijan" artıq ZQAN Holdingin tərkibinə daxil deyil: "Biz payımızı tərəfdaşımıza, başqa şirkətə satmışıq".