Yalçın Rzazadənin səhhəti daha da ağırlaşıb

22 Yanvar 2013 13:47 (UTC+04:00)

"Vəziyyətim bu gecə daha da ağırlaşıb. Səhərə kimi qızdırmadan yata bilməmişəm. Həkimlərin biri gəlib, biri gedib". Bunu AzNews.az-a Xalq artisti Yalçın Rzazadə bildirdi.

Sənətkar deyir ki, hazırkı xəstəliyinin ürək əməliyyatı ilə heç bir bağlılığı yoxdur: "Həkimlər deyir ki, bu xəstəlik hələ beş gün davam edəcək. Bilmirəm ona dözə biləcəm, ya yox?"

Bahar Rüstəmli
AzNews.az