İran ayətullahı Azərbaycan əleyhinə konfrans keçirəcək

22 Yanvar 2013 14:21 (UTC+04:00)


İran Qum şəhərində Azərbaycanda həbsdə olan bəzi dindarlara həmrəylik konfransı təşkil edir. "Hicab İslam Hərəkatı Məhbusları ilə Həmrəylik" konfransı
yanvarın 29 yanvar keçiriləcək. Artıq İran xəbər agentlikləri bununla bağlı məlumatlar yayaraq konfransın afişasını da nümayiş etdiriblər.

Məlumatlarda bildirilir: "Konfrans dini dəyərlərin müdafiəsi yolunda 12 ilə qədər azadlıqdan məhrum edilmiş ruhanilər və İslam fəallarına həsr edilib. Konfransda Azərbaycandakı ictimai-siyasi durum, dini cameənin problemləri, hicab məhbuslarına dəstək mövzusunda çıxışlar və müzakirələr olacaq".

Ayətullah Fazil Lənkəraninin adı ilə yayılan elanlarda həmçinin "bu zəruri konfransa qatılmaq imkanı olan bütün azərilərin iştirakı arzulanır" deyə vurğulanır.

Alpər
AzNews.az