Gəncədə polis idarəsi yandı

22 Yanvar 2013 14:25 (UTC+04:00)

Gəncədə polis idarəsinə məxsus binada yanğın olub. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.

Nizami Rayon Polis İdarəsinin inzibati binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən bina təmir edilirmiş.

Faktla bağlı araşdırma aparılır.