İsa Qəmbərin Lənkəran səfərinin günü bəlli oldu

22 Yanvar 2013 14:52 (UTC+04:00)

"Müsavat Partiyasının başqanı həftəsonu Lənkərana səfər edəcək". Bu barədə məlumatı AzNews.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

Başqan müavini bu gün İsa Qəmbərin Bakıda yaşayan Lənkəranlılarla görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüşdə lənkəranlılar İsa Qəmbəri bir daha cənub bölgəsinə dəvət ediblər: "Lənkərandan bizə kifayət qədər dəstək gəlib. Bütün bunları nəzərə alıb, qərar gəldik ki, Lənkərana bir daha səfər edək. Səfər yanvarın 27-nə planlaşdırılır".

G.Aslanlı qeyd edib ki, İsa Qəmbərlə birlikdə kimlərin gedəcəyi hələlik bəlli deyil: "Kim istəsə, bizə qoşula bilər".

İlkin
AzNews.az