“Ermənilərin təklifi mənə qəribə gəlir”
22 Yanvar 2013 15:48 (UTC+04:00)
Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağdakı separatçı rejimin "Xocalı aeroportunun ilk sərnişini Minsk Qrupunun həmsədrləri ola bilər" bəyanatını belə şərh edib.
Diplomat bildirib ki, tərəflər bir-birilərinin yanlış qəbul edə biləcəyi addımlardan uzaq olmalıdır: "Erməni tərəfin bu təklifi mənə bir az qəribə gəlir, çünki həmsədrlər iki tərəfi də təxribatlardan uzaq durmağa çağırır".
AzNews.az