ŞOK!Bakıda qaraçılar avtobusa hücum etdi- EKSKLÜZİV

22 Yanvar 2013 16:48 (UTC+04:00)

Paytaxtın AzNeft dairəsindən 9-cu mikrorayon xətti üzrə hərəkət edən 65 saylı avtobusa qaraçı gənclər hücum edib. Hadisə barədə AzNews.az-a məlumat verən sərnişinlərin sözlərinə görə, 7-8 nəfər gənc avtobusa minərək əvvəlcə sərnişinlər arasında olan xanımlara söz atıblar. Daha sonra gənc qızlardan birinə qarşı nalayiq hərəkətlər edən qaraçılar eyni zamanda qızın çantasından pul kisəsini də çıxarmağa çalışıblar. Sərnişinlərin onların hərəkətinə etiraz etməsini görən gənclər daha sonra həmin sərnişinin üzərinə hücum ediblər:

"Qaraçı gənclərin hərəkətinə sərnişinlərdən biri kəskin etiraz etdi və onları nalayiq hərəkətlərdən çəkinməyə çağırdı. Ancaq bu söz onları daha də qəzəbləndirdi və gənclər həmin sərnişinin üzərinə hücum edərək onun başını avtobusun dəmir tutacağına vurdular. Bundan sonra digər sərnişinlərin müqaviməti ilə üzləşən gənclər 20 Yanvar dairəsi yaxınlığında avtobusdan zorla düşürüldülər.
Avtobusdan yer enən gənclər ciblərindən butulkalar çıxararaq avtobusun pəncərələrini qırdılar. Yerdən daş da götürüb atırdılar. Avtobusun pəncərələri çilik - çilik oldu. Ancaq xoşbəxtlikdən xəsarət alan olmadı".

Gənclərin xarici görünüşünün qaraçılara bənzədiyini deyən sərnişinlər onların dayanacaqlardan birində dilənən qaraçı qadınla salamlaşmalarının da şahidi olublar.

Mahir Hüseynbəyli
AzNews.az